İranlı deputatdan SENSASİON AÇIQLAMA – “Rusiya hərbi məlumatlarımızı İsrailə ötürüb” – VİDEO

İranlı deputatdan SENSASİON AÇIQLAMA – “Rusiya hərbi məlumatlarımızı İsrailə ötürüb” – VİDEO

Hazırda oxunan: İranlı deputatdan SENSASİON AÇIQLAMA – “Rusiya hərbi məlumatlarımızı İsrailə ötürüb” – VİDEO
266948
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Rusiya İsrailə İranın müdafiə mərkəzləri barədə məlumat verib".

Bizim.Media “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, bu sözləri İranın Məsləhət Şurasının üzvü Məhəmməd Sədr bildirib.

Onun sözlərinə görə, Rusiyanın İsrailə İranın müdafiə obyektlərinin dəqiq mövqeləri haqqında məlumatları ötürməsi “strateji müttəfiqlik” anlayışının dəyərsiz olduğunu göstərir. 

Sədr qeyd edib ki, Rusiyanın İsrailə qarşı xüsusi maraqları var və bunu ölkədə yaşayan bir neçə milyon rus yəhudisi ilə əsaslandırırlar.
 

Deputat əlavə edib ki, İsrailin son müharibələrdə İranın müdafiə mərkəzlərini dəqiq hədəf ala bilməsi Rusiyanın ona məlumat verməsi şübhələrini yaradır. O, vurğulayıb ki, bu, Qərbin qorxaq davranışları ilə əlaqəli deyil, konkret olaraq Rusiyanın hərəkətləridir.


Millət vəkili bildirib ki, Rusiya İsrailin yaradılmasını BMT-də ilk tanıyan ölkələrdən biridir. 

Sədr həmçinin Rusiyanın S-400 raket sistemlərinin hələ də İrana göndərilmədiyini xatırladıb. O, Rusiyaya tam etibar etməyin doğru olmadığını və İranın qonşusu olsa da, Moskva ilə ehtiyatla davranmalı olduğunu deyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO