Fransada müsəlman gənc öldürüldü: Yüzlərlə insan etiraza başladı - VİDEO

Fransada müsəlman gənc öldürüldü: Yüzlərlə insan etiraza başladı - VİDEO

Hazırda oxunan: Fransada müsəlman gənc öldürüldü: Yüzlərlə insan etiraza başladı - VİDEO
246534
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Fransanın paytaxtı Parisdə yüzlərlə insan islamofobiyaya göz yumulmasına qarşı keçirilən etiraz aksiyasına qoşulub.

Bizim.Media xəbər verir ki, aksiya iştirakçıları “Grand-Combe” məscidində 22 yaşlı Abubakarın bıçaqlı hücum nəticəsində öldürülməsini pisləyiblər. 

Onlar gəncin qətlə yetirilməsinə ediblər. Həmçinin yüksək səslə “Ədalət” tələbini səsləndirib və faciəyə şərait yaradan mühiti pisləyiblər.

Etirazçılar ölkədə müsəlman icmasının getdikcə daha çox sıxışdırıldığını və bu icmaya qarşı həyata keçirilən qanunsuz əməllərə göz yumulduğunu vurğulayıblar. 

Eyni zamanda, media subyektlərinin bu məsələlərə qeyri-obyektiv yanaşmasına və ölkədə baş alıb gedən irqi ayrı-seçkiliyin bütün formalarına qarşı çıxıblar. “İslamofobiya var, bu reallıqdır. Hökumətin susqunluğu səbəbindən isə islamofobiya getdikcə artır”, - deyə nümayişçilər bildiriblər. 

Onlar, həmçinin daxili işlər naziri Brüno Rötayonun amansız qətl hadisəsinə reaksiya verməsini və ümumilikdə islam dininə “təhlükə” kimi baxılmasına son qoyulmasını tələb ediblər.
 

Qeyd edək ki, Abubakar 40 bıçaq zərbəsi ilə öldürülüb. Qatil bu hadisəni videoya çəkərək sosial şəbəkədə paylaşıb. O, daha bir neçə nəfəri də öldümək istədiyini bildirib. Hadisədən sonra Fransa Müsəlman Dini Şurası ibadət edənlərə məscidlərdə tək qalmamağı, təcrid olunmamağı tövsiyə edib və hökuməti müsəlmanların ibadət yerlərində təhlükəsizliyi gücləndirməyə çağırıb.


Ölkənin Baş naziri Fransua Bayru islamofob alçaqlığı pisləyərək, qatilin tutularaq cəzalandırılmasını təmin etmək üçün dövlətin resurslarının səfərbər olunduğunu bildirib.



Fransada müsəlman gənc öldürüldü: Yüzlərlə insan etiraza başladı - VİDEO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO