“Disneyland” fəaliyyətini bərpa etdi – VİDEO

Hazırda oxunan: “Disneyland” fəaliyyətini bərpa etdi – VİDEO

19941

ABŞ-ın üçüncü ən böyük ştatı olan Kaliforniyadakı “Disneyland” yenidən fəaliyyətə başlayıb.

Bizim.Media “Euronews” telekanalına istinadən xəbər verir ki, “Disneyland” hələki yalnız Kaliforniya sakinləri üçün əlçatan olacaq. Dünyaca məşhur atraksionlar parkı pandemiyaya görə 13 ay idi ki, bağlı idi. 

Sözügedən ştat əhalisinin təxminən 33 faizi peyvənd olunduğuna görə, “Disneyland”ın işinin bərpa edilməsi məqsədəuyğun sayılıb. 

Parkın açılmasına sevinən sakinlər deyir ki, “Disneyland”ın yenidən fəaliyyətə başlaması davamlı məhdudiyyətlərdən sonra ən yaxşı dərmandır.

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO