Prezidentliyə namizəd Razi Nurullayev: “Hər gecə bunu içməsəm, yata bilmirəm...” - VİDEO 

Prezidentliyə namizəd Razi Nurullayev: “Hər gecə bunu içməsəm, yata bilmirəm...” - VİDEO 

Hazırda oxunan: Prezidentliyə namizəd Razi Nurullayev: “Hər gecə bunu içməsəm, yata bilmirəm...” - VİDEO 
175608
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevin evinin mətbəxində çəkdiyi görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bizim.Media “pravda.az”a istinadən xəbər verir ki, R.Nurullayev həmin görüntüləri öz rəsmi “Facebook” hesabında “prezidentliyə namizəd mətbəxdə” başlığı ilə ictimailəşdirib.  

O, videoda hər gün yatmazdan əvvəl hazırladığı kivi-limon reseptini izləyiciləri ilə bölüşərək qeyd edib:  

“Milli Məclisin deputatı və prezidentliyə namizədin həyatı bizim insanlarımız üçün də maraqlıdır. Evə çox gec gəlirəm, gün ərzində gərgin oluram. Yatmazdan əvvəl özüm üçün resept hazırlayıram. Onu yeyib yatıram ki, bir az rahat yatım. Həm də sağlamlıq, sağlam həyat tərzi üçün vacibdir”.  
Onun bu paylaşımı bəziləri tərəfindən səmimi, sadəlik nümunəsi kimi qəbul edilib, maraqla qarşılanıb, lakin tənqid edənlər də az olmayıb.  
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO