Moskvada azərbaycanlılar arasında atışma oldu - VİDEO

Moskvada azərbaycanlılar arasında atışma oldu - VİDEO

Hazırda oxunan: Moskvada azərbaycanlılar arasında atışma oldu - VİDEO
164815
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlılar arasında atışma olub.

Bizim.Media rus mətbuatına istinadən xəbər verir ki, münaqişə səhər saat 5-də Ryazanski prospektində yerləşən və şaurma satılan "fast food" pavilyonunda baş verib. 

Kamran Qarayev özündən yaşca kiçik olan satıcı Nazim Musayevlə mübahisə edib. 

Nəticədə Kamran tənbəllik etməyib, ərazidən uzaqlaşaraq 16 kalibrli "Bekas-3"  odlu silahı ilə bir neçə saatdan sonra geri qayıdıb.

Mübahisə metronun foyesində davam edib. Sonda silahdan atəş açılıb.  Güllə tavana dəyib. Kamran metronun təhlükəsizlik işçiləri və sərnişinlər tərəfindən saxlanılıb. Müəyyən edilib ki, atəş açan şəxsin “Bekas”a icazəsi, həmçinin mühafizəçi işlədiyi haqda vəsiqəsi var. 
Ona qarşı cinayət işi açılıb.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO