Bakıda avtobusda DAVA – Sürücü sərnişini TƏHQİR ETDİ - VİDEO

Hazırda oxunan: Bakıda avtobusda DAVA – Sürücü sərnişini TƏHQİR ETDİ - VİDEO

136047

Bakıda sərnişin avtobuslarının birində sürücü ilə sərnişin arasında qalmaqal yaşanıb. Bakıxanov dəmir yolu stansiyası-Şərabçılıq xətti ilə hərəkət edən 57 saylı marşrutun sürücüsünün sərnişinlə kobud rəftarı, hətta onu təhqir etməsi avtobus salonunda olan sərnişinlərdən biri tərəfindən qeydə alınıb. 

Belə ki, sərnişin avtobusun gec gəlməsindən və dayanacaqdan kənarda saxlamasından şikayətlənib. "99 JV 756" dövlət nömrə nişanlı avtobusun sürücüsü isə iradlara cavab vermək əvəzinə sərnişini ağır sözlərlə təhqir edib.
Üstəlik “get, kimə şikayət edirsən et” deyə vəzifə məsuliyyətindən kənar davranış sərgiləyib. Tərəflər arasındakı insident əsəbi sürücünün avtobusu ehtiyatsız idarə etməsi və qəza şəraiti yaratması ehtimalı ilə nəticələnib.

Qeyd edək ki, 57 saylı marşrut sərnişinlərin ən çox şikayətləndiyi ictimai nəqliyyatdır. 

Onu da bildirək ki, bu ilin fevralından etibarən 57 nömrəli marşrut xəttində “BakuBus”ın avtobusları fəaliyyət göstərir. 
 


Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO