Xarici və yerli rəssamlar Şuşaya səfər edəcək

Xarici və yerli rəssamlar Şuşaya səfər edəcək

Hazırda oxunan: Xarici və yerli rəssamlar Şuşaya səfər edəcək
82949
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə iyul ayında rəssamlar üçün “ArtCamp Shusha” adlı beynəlxalq layihə həyata keçiriləcək. 

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, bununla əlaqədar ölkəmizə İtaliya, Almaniya, Rumıniya, Danimarka və Türkiyədən olan rəssamların səfəri planlaşdırılır. 

Xarici rəssamlar isə yanaşı, layihədə Rəşad Mehdiyev, Vüqar Muradov, Anar Hüseynzadə, Butunay Haqverdiyev, Günel Ravilova və Vüsalə Ağarazıyeva kimi yerli rəssamlar da iştirak edəcəklər. 
Layihə çərçivəsində xarici və yerli rəssamlar Şuşa şəhərini ziyarət edəcək, şəhər ilə yaxından tanış olacaq rəssamlar ona həsr olunmuş rəsm əsərləri yaradacaqlar. 

Tanınmış yerli sənət xadimlərinin, şairlərin, yazıçıların, musiqiçilərin, rəssamların, memarların yaradıcılığında Şuşa kifayət qədər tərənnüm olunsa da, xarici mütəxəssislərin gözü ilə ona yeni bir baxış zəruridir.

Xarici mütəxəssislərin Qarabağın incisi olan qədim Şuşanın tarixi, mədəniyyəti, dahi şəxsiyyətləri və bu gün ölkə rəhbərliyinin tapşırığı ilə burada aparılan quruculuq işləri ilə yaxından tanış olmaları və qısa bir müddət Şuşada yaşamaları onlarda bu ecazkar şəhər haqqında tam təsəvvür yaranmasına səbəb olacaq.

Dəvət olunan xarici rəssamların yaratdığı əsərlər onların Şuşa barədə təəssüratlarının tərənnümü olacaq və müxtəlif ölkələrin kütləvi informasiya vasitələrində işıqlandırılaraq daha geniş tamaşaçı kütləsinə xitab edəcək. 
Layihə çərçivəsində Bakı şəhərində fəaliyyət göstərən rəssamların emalatxanalarında görüşlər təşkil olunacaq, rəsm qalereyaları ziyarət olunacaq və təsviri sənət sahəsində müasir çağırışlara dair müzakirələr aparılacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO