Bakıdakı Müqəddəs Jen-Mironosits kilsəsi - VİDEO

Bakıdakı Müqəddəs Jen-Mironosits kilsəsi - VİDEO

Hazırda oxunan: Bakıdakı Müqəddəs Jen-Mironosits kilsəsi - VİDEO

7474

Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsi çərçivəsində Bakıdakı Müqəddəs Jen-Mironosits pravoslav kilsəsi barədə videoçarxı hazırlayıb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, kilsə 1909-cu ildə memar M.F.Verjbitskinin layihəsi əsasında rus stilində, məşhur Azərbaycan milyonçusu və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin şəxsi maddi yardımı və ianələr hesabına inşa edilib.

Xatırladaq ki, Moskvanın və bütün Rusiyanın Patriarxı II Aleksi Azərbaycana səfəri zamanı 27 may 2001-ci il tarixdə bu məbədi müqəddəs elan edib və ona baş kafedral kilsə statusu verib.

Açılış mərasimində ulu öndər Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin nümayəndələri və dini icmaların rəhbərləri iştirak edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO