UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı - Texniki məğlubiyyət ola bilər

UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı - Texniki məğlubiyyət ola bilər

Hazırda oxunan: UEFA Azərbaycan yığması ilə bağlı araşdırmalara başladı - Texniki məğlubiyyət ola bilər
0:00 / 0:00
648902
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

UEFA İntizam Komitəsinin Andorra - Azərbaycan (1:3) oyunu ilə bağlı araşdırmaya başladığı bildirilir.

Bizim.Media Sportliqa.az-a istinadən xəbər verir ki, qarşılaşmanın 64-cü dəqiqəsində Emin Mahmudov meydanı tərk edərkən kapitanlıq sarğısını qəbul etmək üçün Bədavi Hüseynov meydana daxil olub. Lakin sonradan məlum olub ki, B.Hüseynov oyunun iştirak ərizəsində qeydiyyata alınmayıb. 

Maraqlıdır ki, AFFA-nın rəsmi sosial şəbəkə hesablarında qarşılaşmadan əvvəl paylaşılan heyət siyahısında da Bədavi Hüseynovun adı yer almayıb.

İddialara görə, AFFA rəhbərliyi oyundan sonra yaranmış vəziyyəti ictimaiyyətdən gizlətmək məqsədilə həmin paylaşımın silinməsi barədə göstəriş verib. Nəticədə, post “Facebook” və “Instagram” hesablarından silinsə də, “Threads” platformasında qalıb.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə texniki məğlubiyyət ala bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO