
- A-
- A
- A+
Azərbaycanlı şagird beynəlxalq müsabiqənin qalibi oldu – Foto
Məktəblimiz APRSAF-32 Beynəlxalq Kosmik Poster Müsabiqəsində “Onlayn Səsvermə üzrə Qalib” mükafatına layiq görülüb.
Bizim.Media xəbər verir ki, Ağdaş rayonu M. Şeyxzadə adına internat tipli THT fənləri təmayüllü gimnaziyanın şagirdi Həyat İsmayılzadə APRSAF-32 Beynəlxalq Kosmik Poster Müsabiqəsində ölkəmizi uğurla təmsil edərək “Onlayn Səsvermə üzrə Qalib Mükafatı”na (Online Voting Award) layiq görülüb.
13 ölkədən 12 364 şagirdin iştirak etdiyi müsabiqənin beynəlxalq mərhələsində Həyat İsmayılzadənin təqdim etdiyi yaradıcı rəsm əsəri APRSAF-a üzv 44 ölkə üzrə keçirilən beynəlxalq səsvermənin nəticələrinə əsasən qalib seçilib.
Qeyd edək ki, müsabiqənin beynəlxalq mərhələsində 39 qalib rəsm əsəri Tailandın Banqkok şəhərində yerləşən “ICON SIAM” mərkəzində sərgilənib.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































