
- A-
- A
- A+
BDU-nun prorektorunun işdən çıxarılması ilə bağlı xəbərə aydınlıq gətirildi
Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərə aydınlıq gətirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Oxu.az-ın sorğusuna cavab olaraq universitetin mətbuat xidmətinin rəhbəri Kəmalə Quliyeva məlumat verib.
O bildirib ki, Fərda İmanovun vəzifəsindən azad olunması ilə bağlı mətbuatda yayılan məlumat yeni deyil.
K.Quliyevanın sözlərinə görə, o, bir il əvvəl vəzifəsindən azad edilib.
Qeyd edək ki, Fərda İmanov 2021-ci ildən BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışıb.
Bakı Dövlət Universitetinin (BDU) prorektoru Fərda İmanov vəzifəsindən azad edilib.
Bizim.Media Ölkə.az-a istinadən xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev bununla bağlı müvafiq əmr imzalayıb.
Coğrafiya elmləri doktoru, professor Fərda İmanov BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsində çalışırdı. O, 2021-ci ildən bu vəzifəni tuturdu.
Fərda İmanov müxtəlif illərdə BDU-nun Hidrometeorologiya kafedrasının müdiri və Coğrafiya fakültəsinin dekanı vəzifələrində çalışıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































