Bakıda qorxunc vəziyyət - Evin həyəti ikiyə ayrıldı – Video

Bakıda qorxunc vəziyyət - Evin həyəti ikiyə ayrıldı – Video

Hazırda oxunan: Bakıda qorxunc vəziyyət - Evin həyəti ikiyə ayrıldı – Video
648887
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindəki sürüşmə zonasının hazırda aktiv fazada olduğu müəyyən edilib.

Bizim.Media “XəzərXəbər”ə istinadən xəbər verir ki, ərazidə yaşayış evinin həyəti ikiyə ayrılıb.

Mövcud vəziyyətdən daha çox həmin ərazidə, həmçinin yaxın ətrafda yaşayan vətəndaşlar narahatdır. Sakinlər deyirlər ki, 5 il bundan əvvəl də eyni yerdə sürüşmə baş vermişdi, torpaq qatı uçub yola tökülmüşdü. Ərazinin yuxarı hissəsində, Badamdar üçüncü massivdə başlayan sürüşmə artıq bir evə ziyan vurub, dərin, iri çatlar əmələ gəlib.
 

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sürüşmə sahəsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə növbəti vizual baxış zamanı ərazidə sürüşmə prosesinin hazırda aktiv fazada olduğu müəyyən edilib.


Vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən aidiyyəti dövlət qurumlarına sürüşmə prosesinin dinamikası və aktivliyinin artması ehtimalı nəzərə alınaraq, ərazidə olan insanların təhlükəsiz yerə təxliyə edilməsi və yaxınlıqda yerləşən obyektlərin fəaliyyətinin müvəqqəti məhdudlaşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə rəsmi müraciət edilib.

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən isə qeyd edilib ki, qurumun mütəxəssisləri tərəfindən ərazidə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən olunub. Vəziyyətin dinamikası izlənilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO