Narkotik asılılığı olan vəkil tanışlarına da satırmış - DİN görüntülərini yaydı - Video

Narkotik asılılığı olan vəkil tanışlarına da satırmış - DİN görüntülərini yaydı - Video

Hazırda oxunan: Narkotik asılılığı olan vəkil tanışlarına da satırmış - DİN görüntülərini yaydı - Video
0:00 / 0:00
648900
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində əvvəllər eyni əməllərə görə məhkum olunmuş 44 yaşlı Xalid Mustafayev Xətai rayonu ərazisində özünə məxsus “Vidal” aptekdə güclü təsir edən dərman preparatlarını narkotik asılılığı olan şəxslərə qanunsuz olaraq satdığı üçün saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, baxış zamanı aptekdən İran İslam Respublikasında istehsal edilərək ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik tərkibli güclü təsir edici “Diazepam” və “Pregabalin” (lirika) həbləri aşkarlanaraq götürülüb.

Araşdırma zamanı X.Mustafayevin narkotik tərkibli həblərin qanunsuz dövriyyəsini birlikdə təşkil etdiyi şəxslərin dairəsi də müəyyənləşdirilib. Davam etdirilən əməliyyatlarla həmin şəxslər - 38 yaşlı Orxan Kəngərli, 35 yaşlı Elşad Aslanlı, 36 yaşlı Pərviz İsmayılov, 34 yaşlı Tural Əliyev, 43 yaşlı Tural Ağayev və 35 yaşlı Murad Həsənov da polis tərəfindən saxlanılıblar. Baxış zamanı bu şəxslərdən də güclü təsir edici “Pregabalin” həbləri aşkarlanıb.
 

Araşdırmalarla müəyyən edilib ki, T.Əliyev narkotik asılılığı olan O.Kəngərli və hazırda şəxsiyyətləri istintaqla araşdırılan digərlərini tanışı X.Mustafayevlə əlaqələndirib. Bu şəxslər isə öz növbəsində müxtəlif vaxtlarda həmin aptekdən xüsusi resept əsasında satılması nəzərdə tutulan “Pregabalin” və digər adlarda olan psixotrop tərkibli preparatları qanunsuz yollarla əldə ediblər. Bəzi hallarda isə narkotik tərkibli həblərin ödənişi T.Əliyevin bank kartına köçürülərək bu yolla X.Mustafayevə çatdırılıb.


İstintaq zamanı müəyyən edilib ki, O.Kəngərli əldə etdiyi güclü təsir edici həblərdən şəxsi istifadəsi ilə yanaşı, müxtəlif vaxtlarda tanışı E.Aslanlıya və P.İsmayılova da satıb. Bu məqsədlə O.Kəngərli satdığı narkotiklərin gizlədildiyi yerin ünvanını qohumu M.Həsənov vasitəsilə E.Aslanlıya göndərib.

Bundan başqa, O.Kəngərlinin digər qohumu T.Ağayevlə güclü təsiredici preparatların istifadə etməsi ilə bağlı apardığı danışıqlar, eləcə də həmin maddələri “liri”, “lirik” “lirika” kimi şərti adlar altında əldə etməsinə dair məlumatlar əldə edilən texniki sübutlarla təsdiqini tapıb.

Qeyd edilən faktlarla bağlı O.Kəngərliyə və X.Mustafayevə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə adı keçən digər şəxslər barəsində hüquqi məsuliyyət tədbirlərinin görülməsi istiqamətində istintaq araşdırmaları davam etdirilir.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO