
- A-
- A
- A+
Region
12:27 / 21.11.2026
1 dəq oxunma
Həbsxanada üzüm və çörəkdən spirtli içki hazırlayan məhbus dəlixanaya göndərildi
Hazırda oxunan: Həbsxanada üzüm və çörəkdən spirtli içki hazırlayan məhbus dəlixanaya göndərildi
648884
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyənin Bolu şəhərində həbsxanada qadağan olunmuş maddə saxlamaq və istehsal etməkdə ittiham olunan üç məhbus məhkəmə qarşısına çıxarılıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, işə Bolu 5-ci Asliye Cəza Məhkəməsində baxılıb.
Müttəhimlərdən B.M. həbsxanada verilən yeməklərdən üzüm, gavalı, çörək və poğaçanın iç hissələrini fermentasiya edərək spirtli içki hazırladığını etiraf edib. O, həmçinin istifadə edilmiş karton stəkanları kəsərək özünə oyun kartları dəsti düzəltdiyini bildirib.
Spirtli içki aludəçisi olduğunu və bu asılılığın ona zərər verdiyini deyən məhbus məhkəmənin qərarı ilə psixiatriya xəstəxanasına göndərilib.
Onun qan və sidik analizlərində də spirt aşkarlanıb.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.





























































































