Qusarda milli folklor nümunələri nümayiş etdirilib - FOTO

Qusarda milli folklor nümunələri nümayiş etdirilib - FOTO

Hazırda oxunan: Qusarda milli folklor nümunələri nümayiş etdirilib - FOTO

621506

"Milli folklorumuzu yaşadaq!" adlı mədəni-kütləvi tədbir keçirilib.

Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsi Qusar Rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Qusar şəhəri N.Nərimanov adına Mədəniyyət və İstirahət parkında "Milli folklorumuzu yaşadaq!" adlı mədəni-kütləvi tədbir keçirilib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, İcra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların məsul vəzifəli şəxsləri, mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları, Şəhid ailələri, şəhərimizin qonaqları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin məqsədi milli-mənəvi dəyərlərimizin, folklor ənənələrimizin təbliği, xalq yaradıcılığı nümunələrinin yaşadılması və gənc nəslə çatdırılması olub.
 

Tədbir çərçivəsində rayonun klub müəssisələrində fəaliyyət göstərən dərnək üzvlərinin hazırladıqları rəsm əsərləri, əl işləri və tətbiqi sənət nümunələrindən ibarət satış-sərgi təşkil olunub. Sərgi iştirakçılar və tamaşaçılar tərəfindən maraqla qarşılanıb.


Tədbirin bədii hissəsində Hil kənd Folklor evinin "Mel" folklor xalq kollektivi, "İkram" ritm və rəqs qrupları, "Şahzada" folklor qrupu, eləcə də digər musiqi kollektivləri rəngarəng çıxışlarla tamaşaçılara xoş ovqat bəxş ediblər.

Sonda tədbirin milli folklorun qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.

























Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO