Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

Hazırda oxunan: Alla Puqaçova hansı plastik əməliyyatlar etdirib?

610834

Müğənni Alla Puqaçova bir neçə plastik əməliyyat etdirib.

Bizim.Media xəbər verir ki, bunu “Gazeta.ru”ya açıqlamasında ali kateqoriyalı plastik cərrah Lyubov Safonova deyib.

Mütəxəssisin sözlərinə görə, Puqaçova ABŞ-da “Coker təbəssümü” adlandırılan prosedurdan keçib. Bu əməliyyat zamanı dodaq küncləri gicgahlara doğru dartılıb, nəticədə üzün aşağı hissəsi yığılıb, lakin bəzən daimi təbəssüm effekti yaranıb.

Safonova həmçinin müğənninin rinoplastika etdirdiyini bildirib. Onun sözlərinə görə, Puqaçovanın gənclik illərində burnu daha uzun görünürdü və yaşla bağlı dəyişikliklər fonunda daha da uzanmalı idi. Lakin hazırkı daha səliqəli forma cərrahi korreksiyadan xəbər verə bilər.

Cərrah müğənninin göz qapaqları və qaş nahiyəsində də müdaxilə etdirmiş ola biləcəyini deyib. O qeyd edib ki, yuxarı göz qapaqları hazırda çox hamar görünür, qaşların mövqeyi isə nəzərəçarpacaq dərəcədə yuxarı qalxıb.

Bundan başqa, Safonova Puqaçovaya 2005-ci ildə üzün aşağı hissəsinin cavanlaşdırılması zamanı çənə implantı qoyula biləcəyini də istisna etməyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO