Səfurə İbrahimova dəfn edildi - YENİLƏNİB

Səfurə İbrahimova dəfn edildi - YENİLƏNİB

Hazırda oxunan: Səfurə İbrahimova dəfn edildi - YENİLƏNİB

5962

Xalq artisti Səfurə İbrahimova dəfn edilib. 

Bizim.Media-nın məlumatına görə, o, “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Səfurə İbrahimov dünən axşam saatlarında vəfat edib.

Safurə İbrahimova 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub.1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub.

Səfurə İbrahimova “Sevil”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Tütək səsi”Ş, “Dərviş Parisi partladır”, “Qaynana” və başqa filmlərdə  obrazlar yaradıb.


***

Xalq artisti Səfurə İbrahimova “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə məlumat verib. Bildirilib ki, dəfn mərasimi saat 15:00-da başa tutacaq.

Qeyd edək ki, Səfurə İbrahimova dünən axşam saatlarında vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO