"Nizami Gəncəvi ümumbəşəridir" - ƏLİ ƏHMƏDOV

Hazırda oxunan: "Nizami Gəncəvi ümumbəşəridir" - ƏLİ ƏHMƏDOV

47431

"Nizami Gəncəvi Azərbaycana xalqının yetişdirdiyi və dünyaya bəxş etdiyi ən böyük şairi və mütəfəkkirlərindən biridir. Onun yaradıcılığı və həyatı Azərbaycanla bağlı olub".

Bizim.Media xəbər verir ki bunu Nizami Gəncəvinin 880 yubileyi ilə bağlı keçirilən forumda çıxış edən Baş nazirin müavini Əli Əhmədov qeyd edib.

Onun sözlərinə görə Nizami Gəncəvinin əsərlərində xeyir-şər mübarizəsi, ədalət təcəssümü başlıca yer alıb:
 

MÖVZU İLƏ BAĞLI:

"Türk dünyası və Avropa Nizami Gəncəvidən ilhamlanıb" - Anar Kərimov


"Nizami Gəncəvi 800 ildən çoxdur ki oxunur, onun poeziyasının nə bədii cəhəti bitib, nə də dəyərini itirib. Nizami Gəncəvi Azərbaycan xalqının fəxri və iftixarıdlr. Nizami Gəncəvi yaradıcılığı Azərbaycanla nə qədər bağlıdırsa, o qədər də ümumbəşəridir.

O, təkcə mədəniyyətlər yox, həm də xalqlar arasında körpü olub. Onun əsərlərində ayrı-ayrı xalqların tərənnümü, eyni zamanda, xalqlar arasında dostluq tərənnümü yaradıb. Nizami adı Azərbaycanda ən geniş yayılmış adlardan biridir.

Bu, ondan xəbər verir ki, Nizami bütün dövrlərdə azərbaycanlılar tərəfindən ən sevilən şairlərindən biri kimi dəyərləndirilib".

Qeyd edək ki, "Nizami Gənvəvi ili" Prezidentin sərəncamı ilə elan edilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO