“Azərbaycan Opera İnciləri” təqdim edildi - FOTO        

“Azərbaycan Opera İnciləri” təqdim edildi - FOTO        

Hazırda oxunan: “Azərbaycan Opera İnciləri” təqdim edildi - FOTO        

38427

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Azərbaycan Opera İnciləri" filmi təqdim edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib. Filmin ideya müəllifi Əməkdar artist, Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovdur. 

"Azərbaycan Opera İnciləri" filmi Şuşanın Mədəniyyət paytaxtı elan edilməsinə, həmçinin, zəngin tarixi olan opera teatrımızın şanlı fəaliyyətinə həsr edilib. 

Filmdə Üzeyir Hacıbəylinin "Koroğlu", Əfrasiyab Bədəlbəylinin "Nizami", Müslüm Maqomayevin "Nərgiz", Reinhold Glierin "Şaxsənəm", Fikrət Əmirovun "Sevil" və Ramiz Mustafayevin "Vaqif" operalarından əsərlər təqdim edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO