“Quyu” bədii filminin çəkilişləri tamamlandı - FOTO

“Quyu” bədii filminin çəkilişləri tamamlandı - FOTO

Hazırda oxunan: “Quyu” bədii filminin çəkilişləri tamamlandı - FOTO

35798

“Azərbaycanfilm” Kinostudiyasının istehsal etdiyi “Quyu” qısametrajlı filminin çəkilişləri sona çatıb.

Bu barədə Bizim.Media-ya “Azərbaycanfilm” Kinostudiyasından məlumat verilib.

Bildirilib ki, çəkilişləri əsasən Bakı şəhərinin Lökbatan qəsəbəsi və İsmayıllı rayonunda baş tutan film dram janrındadır, məzmununu insan və yaradılış fəlsəfəsinə dini yanaşma üslubu təşkil edir.

Filmin mövzusu həyatın tamamilə öldüyü bir məkanda quyu qazaraq varlığın mənbəyi və əsası olan su axtarışında olan insandır. Amma suyu tapdıqdan sonra nəfsinə güc gələ bilməyən qəhrəmanın səyahəti tamamən fərqli və gözlənilməyən istiqamətdə dəyişir.

Filmin ssenari müəllifi və rejissoru Rufat Ray, təsvir rejissoru Nadir Mehdiyev, rəssamı isə Rafiq Nəsirovdur. Rollarda Pərviz MəmmədrzayevŞamil Süleymanlı yer alıb.

Qeyd edək ki, film hal-hazırda “post-production” mərhələsindədir və növbəti il izləyiciyə təqdim ediləcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO