ABŞ-a köçən Günel:

ABŞ-a köçən Günel: "Bakıda yaşayıb, efirlərdə olmağa davam etsəydim..." - VİDEO

Hazırda oxunan: ABŞ-a köçən Günel: "Bakıda yaşayıb, efirlərdə olmağa davam etsəydim..." - VİDEO

82797

“Gəncliyimin ən önəmli illərini məhz burada (ABŞ nəzərdə tutulur) yaşadığım üçün çox minnətdaram. Tam da olduğum yerdəyəm. Tam da xarakterimi, özümü ifadə edən yerdəyəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri ABŞ-a köçən keçmiş aparıcı Günel Hümbətova sosial şəbəkə hesabında yazıb. 

O, okeanın o tayına köçdüyünə görə xoşbəxt olduğunu bu sözləri ilə ifadə edib.  

“Bakıda yaşayıb efirlərdə olmağa davam etsəydim, özümü limitləyəcəkdim. Bundan əminəm. Bu gün isə həyatın bütün sferalarında inkişaf edib dünyaya açılıram. Yaşadığın yerin səni əhatə edənlərin sənin inkişafına o qədər təsiri var ki. Buna görə isə kainata çox minnətdaram”. 
Qeyd edək ki, G.Hümbətova illər öncə Firuz Soliyev adlı gənclə evlənib. Cütlük bir müddət sonra ABŞ-a köçüb. Onların Jozefina adlı qızları var.  

Rəşad Əliyev, Bizim.Media

 






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO