Samirədən Ayselə:

Samirədən Ayselə: "Dünyada tarix yazan" – VİDEO

Hazırda oxunan: Samirədən Ayselə: "Dünyada tarix yazan" – VİDEO
77645
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən axşam dünyaca məşhur dizayner və "Afffair" markasının təsisçisi Rüfət İsmayılın “Haute Couture Sumakh” kolleksiyasının təqdimat gecəsində məşhurlar arasında ölkəmizi 2009-cu ildə "Avroviziya"da təmsil edən müğənni Aysel Teymurzadə də iştirak edib.

Bizim.Media xəbər verir ki, ailə həyatı qurduqdan sonra müğənnilik karyerasına son qoyan Aysel "Avroviziya 2020-2021"-ci il təmsilçimiz Samirə Əfəndi ilə dəb nümayişində bir araya gəlib. Samirə Aysel ilə gecədən görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

Teymurzadəni qucaqlayıb, öpüşlərə qərq edən Əfəndi qarşı tərəfə sevgisini "Mənim çox sevdiyim Aysel. Azərbaycanda və dünyada tarix yazan" sözlərlə ifadə edib.  

Qeyd edək ki, Aysel Xalq artisti Murad Adıgözəlzadə ilə ailə qurub. Onların üç övladı var.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO