Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib.
Bizim.Media xəbər verir ki, İkardi bu barədə sosial şəbəkə hesabında məlumat verib.
İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-cü ilin noyabrında başladığı hüquqi mübarizənin nəhayət gözlənilən nəticə ilə yekunlaşdığını bildirib.
İkardinin sözlərinə görə, məhkəmə Vanda Naranın aylıq 250 000 avro məbləğində aliment ödənilməsi tələbini rədd edib. Hakim Naranın özünü təmin etmək üçün kifayət qədər gəlirə və mülkiyyətə sahib olduğunu vurğulayıb.
Qeyd edək ki, 33 yaşlı argentinalı forvard "Qalatasaray"dan ayrıldıqdan sonra hələ də heç bir klubla razılığa gəlməyib.
Mauro İkardi "Qalatasaray"ın heyətində ümumilikdə 134 rəsmi matça çıxıb, bu oyunlarda 77 qol vurub və 25 məhsuldar ötürmə müəllifi olub.
Bizim.Media

























































































