Nikolas Keycdən idman əfsanələrinə: milyonlarını itirib müflis olan məşhurlar

Nikolas Keycdən idman əfsanələrinə: milyonlarını itirib müflis olan məşhurlar

Hazırda oxunan: Nikolas Keycdən idman əfsanələrinə: milyonlarını itirib müflis olan məşhurlar
632987
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dünyanın ən məşhur simaları belə maliyyə problemlərindən sığortalanmayıb. Hollivud ulduzları, reperlər və idman əfsanələri arasında vaxtilə milyonlarla dollar qazandığı halda, yanlış xərclər, borclar və uğursuz maliyyə qərarları səbəbindən müflis olmaq həddinə çatanlar az deyil.

Bizim.Media Lent.az-a istinadən maliyyə böhranı yaşayan məşhurların siyahısını təqdim edir.

Aktyor Nikolas Keyc uzun illər ərzində lüks həyat tərzinə böyük pullar xərcləyib. Bahalı daşınmaz əmlak, nadir əşyalar və digər sərvətlərə yatırdığı milyonlar nəticəsində aktyor ciddi borclarla üzləşib. Müflislik həddinə çatan Keyc sonradan ardıcıl film layihələrində çəkilərək borclarını ödəməyə başlayıb.

Reper 50 Cent isə 2015-ci ildə rəsmi olaraq müflislik proseduruna müraciət edib. Lakin iki il ərzində borclarını ödəyərək maliyyə vəziyyətini yenidən düzəldə bilib.

1990-cı illərin məşhur simalarından Pamela Anderson 2008-ci ildə ciddi maliyyə çətinliyi ilə üzləşib. Aktrisa vəziyyətdən çıxmaq üçün daşınmaz əmlakının bir hissəsini satıb və yenidən fəal işləməyə başlayıb.

Boks əfsanəsi Mayk Tayson isə 2003-cü ildə özünü müflis elan edib. Karyerası ərzində böyük sərvət qazanan idmançının maliyyə çöküşünün əsas səbəblərindən biri həddindən artıq dəbdəbəli həyat tərzi olub. Sonradan Tayson biznes, media və müxtəlif kommersiya layihələri vasitəsilə maliyyə vəziyyətini bərpa etməyə çalışıb.

Aktrisa Kim Beysinger də 1990-cı illərdə maliyyə problemləri ilə üzləşib və müflislik proseduruna müraciət edib. Bir müddət ictimai həyatdan uzaq qalan aktrisa daha sonra kinoya qayıdıb və uğurlu layihələrdə çəkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO