Elmira Rəhimova 85 yaşında!

Elmira Rəhimova 85 yaşında!

Hazırda oxunan: Elmira Rəhimova 85 yaşında!
630923
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gün Xalq artisti Elmira Rəhimovanın doğum günüdür.

Bizim.Media xəbər verir ki, sənətçinin 85 yaşı tamam olur.

O, 13 avqust 1941-ci ildə Bakıda anadan olub. E.Rəhimova Azərbaycan Dövlət Dillər İnstitutunu və Azərbaycan Dövlət Musiqi Texnikumunu bitirib.

Xalq artisti dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. O, 1950-ci illərin sonunda hind mahnılarının ifaçısı kimi tanınıb. Hindistanın sabiq Baş naziri Cəvahirləl Nehrunun dəvəti ilə iki dəfə (1957-1959, 1961) Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib.

2000-ci ildə “Azərbaycanın Xalq artisti” fəxri adı ilə, 2002-ci ildə isə Azərbaycan Prezidentinin fərdi təqaüdü ilə təltif olunub.

E.Rəhimovanın Anand adında bir oğlu və iki nəvəsi var.

Məlumat üçün qeyd edək ki, sənətçi məşhur “Sənsiz bu axşam”, “İntizar”, “Bir könül sındırmışam”, “Sən yadıma düşəndə”, “Ana laylası”, “Küsüb məndən” və başqa bu kimi mahnıları ifa edib.


Elmira Rəhimova 85 yaşında! - foto 1
Elmira Rəhimova 85 yaşında! - foto 2
Elmira Rəhimova 85 yaşında! - foto 3
Elmira Rəhimova 85 yaşında! - foto 4

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO