Aşıq Telli Borçalı sənətdən gedib?

Aşıq Telli Borçalı sənətdən gedib?

Hazırda oxunan: Aşıq Telli Borçalı sənətdən gedib?

630659

Aşıq Telli Borçalı mərhum qardaşının ölümündən sonra tədbirlərdə görünmür. Onun efirlərdən uzaq düşməsi bəzi dedi-qodulara səbəb olub.

Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə gəzən informasiyaya görə, Telli Borçalı sənətdən ayrılıb. Xanım aşığın bundan sonra səhnəyə çıxmayacağı deyilir.

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı “qaynarinfo.az”a açıqlamasında Aşıq Tellinin səhnədən uzaqlaşması ilə bağlı məlumatın həqiqətə uyğun olmadığını bildirib:
 

"Məhərrəmlik ayıdır, həm də yaydır. Hamı istirahətdədir. Mən heç vaxt imkan vermərəm ki, Telli xanım sənətdən getsin. Birlik niyə belə aşığı itirməlidir? Bizim tədbirlərimizə qatılır. Təkcə Telli xanım deyil, bu saat ortada heç bir aşıq yoxdur".


Qeyd edək ki, bir müddət öncə Aşıq Tellinin qardaşı Ataxan Qurbanov dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO