Özünü “pis ana“ adlandırdı

Özünü “pis ana“ adlandırdı

Hazırda oxunan: Özünü “pis ana“ adlandırdı

630072

Amerikalı müğənni Britni Spirs özünü “pis ana” hesab etdiyini açıqlayıb.

Bizim.Media “axşam.az”a istinadla xəbər verir ki, 44 yaşlı sənətçi bu barədə “X” hesabında paylaşım edib.

O, oğullarından birinin Tanrıya inanmadığını söyləməsindən sonra özünü pis ana kimi hiss etdiyini bildirib.

Britni həmçinin valideynlərini oğulları Şon Preston və Ceyden Ceymslə gizli şəkildə vaxt keçirməkdə günahlandırıb. Müğənni bunun ona ağır təsir etdiyini və bu səbəbdən iki ay ağladığını deyib.

Sənətçi paylaşımında 13 il davam edən qəyyumluq dövrünə də toxunub. O, həmin müddətdə özünü tam ifadə edə bilmədiyini bildirib.
 

“Mən qəti şəkildə inanıram ki, mələyəm və bu, ağrıdır. Mələk olduğun zaman vaxt başqa ölçüdə mövcud olur. Mən o həyəcanı, həyat hissini darıxıram. Biz insanlar hamımız qəhrəmana və ya örnək götürə biləcəyimiz birinə sahib olmaq istəyirik” deyə, Britni yazıb.


Qeyd edək ki, Britni Spirs 13 il atasının qəyyumluğu altında olub. Məhkəmə müğənninin həyatına tam nəzarət edildiyini bildirdiyi ictimai çıxışlarından sonra 2021-ci ilin noyabrında qəyyumluğu ləğv edib.

2024-cü ildə isə sənətçi yeni problemlərlə üzləşib. O, martda sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanılıb və daha sonra könüllü şəkildə reabilitasiya mərkəzinə yerləşib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO