Ariana Qrande hakerlərə qarşı məhkəməyə müraciət etdi: "Həbsdə görüşərik"

Ariana Qrande hakerlərə qarşı məhkəməyə müraciət etdi: "Həbsdə görüşərik"

Hazırda oxunan: Ariana Qrande hakerlərə qarşı məhkəməyə müraciət etdi: "Həbsdə görüşərik"

627974

Məşhur amerikalı müğənni Ariana Qrande hakerlərin onun və həmkarlarının elektron cihazlarını sındıraraq yayımlanmamış musiqi, foto və videoları oğurladıqlarını və daha sonra qara bazarda satdıqlarını iddia edib.

Bizim.Media xəbər verir ki, bu barədə People nəşri məlumat yayıb.

Kaliforniya ştatında məhkəməyə təqdim olunan iddiaya əsasən, kibercinayətlər uzun illər davam edib. Müğənni hələlik şübhəlilərin adlarını açıqlamayıb. Onun hüquqşünasları internet provayderləri və İT şirkətlərinə sorğular göndərərək hakerlərin kimliyini müəyyənləşdirməyi planlaşdırırlar.

İddia ərizəsində qeyd olunur ki, cinayətkarlar yayımlanmamış materialları qanunsuz şəkildə oğurlayıb, yayıb və istifadə ediblər.

Ariana Qrandenin hüquq komandası bildirib ki, hakerlər şəxsi məlumatları və yaradıcılıq materiallarını "darknet"də sataraq böyük məbləğdə gəlir əldə ediblər. Müğənni oğurlanan materialların əksəriyyətinin studiya yazıları zamanı hazırlandığını və ictimaiyyət üçün nəzərdə tutulmadığını vurğulayıb.

Məhkəmə sənədlərində qeyd olunur ki, təkcə 2023-cü ildə ifaçının 45 yayımlanmamış mahnısı internetə sızdırılıb. Ümumilikdə isə 2011-ci ildə debüt etdiyi vaxtdan bəri yüzlərlə oxşar məlumat sızması baş verib.

Müğənninin ətrafından olan mənbənin sözlərinə görə, məhkəmə iddiası başqalarının əməyindən qanunsuz qazanc əldə etmək istəyənlər üçün ciddi xəbərdarlıq olmalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO