Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?

Hazırda oxunan: Puqaçovanın var-dövlətinin dəyəri nə qədərdir?
623304
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müğənni Alla Puqaçovanın Rusiyadakı aktivləri və gəlirləri ilə bağlı yeni məlumat yayılıb.

Bizim.Media  xəbər verir ki, "Tsarqrad" nəşrinin iddiasına görə, sənətçinin Rusiya bank hesablarında 120 milyon rubl (təxminən 2,6 milyon manat) vəsaiti qalır. Bildirilir ki, həmin məbləğ bank faizləri hesabına ona gəlir gətirməyə davam edir.
 

Məlumata əsasən, bu, Puqaçovanın Rusiyadakı aktivlərinin yalnız bir hissəsidir. Onun hələ də İstra su anbarı yaxınlığında bağ evi, Moskvanın Filippovski döngəsində mənzili və "Tvorçestvo" yaşayış massivində bağı olduğu qeyd edilib.


Nəşr yazır ki, müğənninin əsas gəlir mənbəyi isə 200-dən çox mahnısına olan müəllif hüquqlarıdır. Alla Puqaçovanın Rusiyada "xarici agent" statusu olmadığı üçün onun musiqilərinin konsertlərdə, filmlərdə və reklamlarda istifadəsinə görə qonorar almağa davam etdiyi bildirilib.

Qeyd olunub ki, Moskva vilayətinin Gryazi kəndində yerləşən məşhur qəsr isə Alla Puqaçovaya məxsus deyil. Mülkün həyat yoldaşı Maksim Qalkinin nikahdan əvvəl əldə etdiyi əmlakı olduğu, sonradan isə qəsrin 1/6 hissəsinin övladları Liza və Harrinin adına rəsmiləşdirildiyi iddia edilib. (demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO