Uitni Hyustonu kəşf edən əfsanəvi musiqi prodüseri vəfat etdi

Uitni Hyustonu kəşf edən əfsanəvi musiqi prodüseri vəfat etdi

Hazırda oxunan: Uitni Hyustonu kəşf edən əfsanəvi musiqi prodüseri vəfat etdi

620996

Dünya musiqi sənayesinin ən nüfuzlu simalarından biri, əfsanəvi amerikalı prodüser Klayv Devis 94 yaşında Nyu-Yorkdakı evində dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumatı prodüserin ailəsi yayıb. Bildirilib ki, o, iyunun 22-də Manhettendəki evində təbii səbəblərdən, yaxınlarının əhatəsində dinc şəkildə vəfat edib.
 

Klayv Devis 70 illik karyerası ərzində Uitni Hyuston, Alişa Kiz, Cenifer Hadson, Karlos Santana, Cenis Coplin və "Pink Floyd" kimi onlarla dünya ulduzunu kəşf edən və musiqi dünyasının zirvəsinə daşıyan dahi korifey sayılır.


O, musiqi tarixinə alqoritmlərin deyil, bənzərsiz insan instinktinin və peşəkar musiqi duyumunun idarə etdiyi epoxanın sonuncu böyük memarı kimi düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO