Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu izləyicilərin onu dişlərinə görə qınadığını bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi "Həyatın dadı" verilişində danışıb:
"İnsanı bilmədən qınayırlar, yazırlar.
Məsələn, mənim dişim əyridir, biri qısadır, biri uzundur. Bunu düzəltməyə heç pul da lazım deyil. Sosial şəbəkədə reklam etsəm, hazırdır. Mənim stomatoloq dostlarım da var. Deyirlər ki, gəl, onu havayı edək. Amma olmaz, bu klarnetə görə olub və onun yerinə alınıb. Buna əl vurmaq olmaz. Bunu etsəm, çörəyimdən olacağam. Camaat da yazır ki, "get dişini düzəlt, pulun yoxdur?". Ay dostlar, ay qardaşlar, bu klarnetə görədir. Alınası bir iş deyil. Ona görə onsuz da qınayacaqlar". (Axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
08:51 / 22.06.2026
Hüseyn Məhəmmədoğlu: “Get dişini düzəlt, pulun yoxdur?”
Hazırda oxunan: Hüseyn Məhəmmədoğlu: “Get dişini düzəlt, pulun yoxdur?”
Hazırda oxunan: Hüseyn Məhəmmədoğlu: “Get dişini düzəlt, pulun yoxdur?”
620695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































