Türkiyənin tanınmış müğənnisi Seda Sayan konsert proqramında Azərbaycan musiqisinə müraciət etməsi ilə diqqət çəkib.
Bizim.Media xəbər verir ki, 63 yaşlı sənətçi səhnədə Azərbaycan dinləyicilərinin sevdiyi klassik əsərlərdən biri olan "Dəşti təsnifi"ni canlı ifa edib.
Mahnının sözləri məşhur şair Əliağa Vahidə, musiqisi isə Əlibaba Məmmədova məxsusdur.
Seda Sayanın Azərbaycan musiqisinə yer verməsi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İfa zamanı zalda alqış səsləri yüksəlib və sənətçinin çıxışı rəğbətlə qarşılanıb.
Görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. Bir çox istifadəçi türkiyəli sənətçinin Azərbaycan musiqisinə göstərdiyi diqqəti yüksək qiymətləndirib. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
19:20 / 19.06.2026
Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO
Hazırda oxunan: Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO
Hazırda oxunan: Seda Sayan Əlibaba Məmmədovun təsnifini oxudu – VİDEO
620306
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































