Xalq artisti Flora Kərimova bir neçə günə müalicə aldığı xəstəxanadan evə buraxıla bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "Report.az”a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib.
Onun sözlərinə görə, Xalq artistinin müalicəsi davam etdirilir:
"Səhhəti yaxşılaşır. Həkim nəzarəti altında müalicəsi aparılır, ola bilsin, üç günə evə buraxılsın. Bu, həkimlərin qərarından asılıdır".
Qeyd edək ki, bir neçə gün öncə Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib.
Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
11:18 / 16.06.2026
Xəstəxanaya yerləşdirilən Flora Kərimovanın SON DURUMU
Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən Flora Kərimovanın SON DURUMU
Hazırda oxunan: Xəstəxanaya yerləşdirilən Flora Kərimovanın SON DURUMU
619553
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































