Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi

Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi

Hazırda oxunan: Cennifer Lopez boşandığı ərindən danışıb kövrəldi

619396

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez keçmiş həyat yoldaşı, aktyor Ben Affleklə ayrılığı xatırlayarkən kövrəlib.

Bizim.Media axşam.az-a istinadən bildirir ki, 56 yaşlı sənətçi bu barədə "Films To Be Buried With" podkastında danışıb.

Lopez bildirib ki, bir dəfə bayram günlərində atası Devid Lopezlə birlikdə "I'm Still Here" filminə baxarkən boşanma prosesinin yaratdığı ağır emosional yükü yenidən hiss edib.

"Xəstə idim. Həmin dövrdə boşanma yaşayırdım və uşaqlarım haqqında çox düşünürdüm" deyə, o, qeyd edib.

Sənətçinin sözlərinə görə, filmdəki təsirli səhnələrdən biri zamanı göz yaşlarını atasından gizlətməyə çalışsa da, buna nail ola bilməyib.
 

"Sakit ağlamağa çalışırdım. Amma insan sakit ağlamağa çalışanda göz yaşları sadəcə üzündən sel kimi axır" deyə, Lopez xatırlayıb.


Aktrisanın sözlərinə görə, həmin anda atası onu qucaqlayaraq "Səni sevirəm. Mən səni həmişə sevmişəm" deyib.

Lopez bildirib ki, atasının bu sözləri onun həyatında dönüş nöqtəsi olub:

"Bu, mənim içimdə sağalmağa ehtiyacı olan hissəni sağaltdı. Həyatımın yeni səhifəsini açmağa və həmin münasibəti geridə qoymağa kömək etdi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO