Kanye Uest Türkiyədəki konsertində tarixi davamiyyət rekordu qırdı — VİDEO

Kanye Uest Türkiyədəki konsertində tarixi davamiyyət rekordu qırdı — VİDEO

Hazırda oxunan: Kanye Uest Türkiyədəki konsertində tarixi davamiyyət rekordu qırdı — VİDEO
616371
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Amerikalı reper Kanye Uestin Türkiyədəki çıxışı dünya stadion konsertləri tarixində ən çox tamaşaçı toplayan şou olub.

Bizim.Media xəbər verir ki, tarixi rekordun yenilənməsi barədə "Reuters" agentliyi məlumat yayıb.

İfaçının İstanbuldakı Atatürk Olimpiya Stadionunda baş tutan konsertini ümumilikdə təxminən 118 min tamaşaçı izləyib. Əvvəlki davamiyyət rekordu Böyük Britaniyanın "Coldplay" qrupuna məxsus idi. Ötən ilin yanvarında musiqiçilər Hindistanın Əhmədabad şəhərindəki Narendra Modi stadionunda 111 min pərəstişkarı qarşısında çıxış etmişdilər.
 

Beləliklə, Uest stadion konsertlərinin əvvəlki davamiyyət rekordunu təxminən 7 min nəfər fərqlə təzələməyə nail olub. Reperin Türkiyədəki şousu sənətçinin yeni dünya turnesinin açılışını edib. Bununla bərabər, qalmaqallı ifaçıya bundan əvvəl bir neçə ölkə konsert vermək imtinası göstərib. Söhbət Böyük Britaniya, İtaliya, Polşa, Fransa və İsveçrədən gedir.


Buna səbəb musiqiçinin vaxtilə Adolf Hitlerin ünvanına səsləndirdiyi tərif dolu bəyanatları ilə sosial şəbəkələri alt-üst edən reputasiyası olub. Aprelin ortalarında isə şəhərin meri Benua Payanın musiqiçinin qalmaqallı antisemit bəyanatlarına etiraz etməsi fonunda Uestin Marseldəki konsertinin ləğv olunduğu məlum olmuşdu.

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by 1news.aze (@1news.aze)


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO