Britni Spirs sərxoş halda avtomobil idarə etməsi ilə bağlı qalmaqaldan sonra ilk dəfə açıqlama verib.
Bizim.Media xəbər verir ki, 44 yaşlı pop ulduz “Instagram” paylaşımında baş verənləri “gizli xeyir” adlandırıb.
Qeyd edək ki, Spirs martın 4-də sərxoş vəziyyətdə avtomobil idarə etmək şübhəsi ilə saxlanılmışdı. Bir neçə gün əvvəl o, məhkəmədə günahını etiraf edib və 12 aylıq şərti cəza alıb.
Müğənni paylaşımında hazırda “ruhani yol” keçdiyini, özünə və düşüncələrinə qarşı daha mərhəmətli olmağı öyrəndiyini yazıb.
Məhkəmə qərarına əsasən, Spirs üç aylıq alkoqol və narkotik proqramından keçməli, mütəxəssislərin nəzarətində olmalı, spirtli içki və narkotik vasitələrdən tam imtina etməlidir.
O, həbsdən sonra Men ştatındakı bahalı reabilitasiya klinikasına yerləşdirilsə də, oranı üç həftədən az müddətdə tərk edib.
Bizim.Media








































































































