“Aktyorlara botoks qadağan edilməlidir!”

“Aktyorlara botoks qadağan edilməlidir!”

Hazırda oxunan: “Aktyorlara botoks qadağan edilməlidir!”
612217
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İnternetdə 43 yaşlı aktrisa Enn Heteuey yeni "The Odyssey" filminin treyleri yayımlandıqdan sonra "botokslu üz"ünə görə tənqid olunub.

Bizim.Media xəbər verir ki, Kristofer Nolanın tarixi dramında son illərin əsas Hollivud ulduzları Robert Pattinson, Zendaya, Tom Holland, Met Damon, Şarl Terron və Mia Qot rol alıblar.

Lakin filmdə bu qədər ulduz olmasına baxmayaraq, ən çox diqqəti Penelopa rolunu canlandıran Enn Heteueyin üzü cəlb edib.
 

Aktrisanın pərəstişkarları qeyd ediblər ki, kadrlarda Heteuey qışqırır və ağlayır, amma buna baxmayaraq onun mimikası hərəkətsiz görünür, alnı isə qüsursuz dərəcədə hamar qalır. Bu da dərhal ictimaiyyət arasında mənfi reaksiyalara səbəb olub.


İzləyicilərdən "Sizin işinizin mahiyyəti emosiyaları oynamaqdır. Donuq üzlə bu mümkün deyil!", "Necə ki, Olimpiya oyunlarında steroidlər qadağandır, eləcə də 'Oskar' nominasiyaları üçün botoks qadağan edilməlidir”, - kimi şərhlər gəlib. (olay.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO