HBO Max striminq platforması “Əjdahalar evi” serialının 3-cü mövsümünün premyera tarixini açıqlayıb.
Bizim.Media xəbər verir ki, serialın yeni mövsümü 21 iyunda, ABŞ vaxtı ilə saat 21:00-da yayımlanacaq.
Eyni vaxtda bölümlər platformanın izləyicilərə də təqdim olunacaq.
Yeni mövsüm ümumilikdə 8 seriyadan ibarət olacaq. Bölümlər həftəlik yayımlanacaq və mövsüm finalı 9 avqusta planlaşdırılır.
Premyera tarixi ilə yanaşı, serialın yeni tizer treyleri də təqdim edilib. Tizerdə Tarqaryenlər arasında vətəndaş müharibəsinin daha amansız mərhələyə keçdiyi göstərilir.
Qeyd edək ki, “House of the Dragon” Corc R.R. Martinin “Fire & Blood” kitabı əsasında çəkilib.
Hadisələr “Taxt-tac oyunları” serialındakı hadisələrdən təxminən 200 il əvvəl baş verir.
Süjetin mərkəzində Tarqaryenlər sülaləsi daxilində baş verən qanlı vətəndaş müharibəsi — “Əjdahaların rəqsi” dayanır.
Bu müharibə Vesteros tarixinin ən dağıdıcı hadisələrindən biri hesab olunur.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
13:14 / 28.04.2026
“Əjdahalar evi” serialı geri qayıdır - Premyera tarixini açıqlandı – VİDEO
Hazırda oxunan: “Əjdahalar evi” serialı geri qayıdır - Premyera tarixini açıqlandı – VİDEO
Hazırda oxunan: “Əjdahalar evi” serialı geri qayıdır - Premyera tarixini açıqlandı – VİDEO
609869
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































