Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Hazırda oxunan: Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

609757

Azərbaycanda radio efirlərinin maarifləndirici və mədəni ünsiyyət platformasından daha çox ucuz şou, qışqırıq və bayağı zarafat meydanına çevrilməsi yenidən müzakirə mövzusu olub.

Bizim.Media Yeni Sabah-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə Radio TMB 100.5 FM-in aparıcısı, “Çiçək” ləqəbi ilə tanınan Şəhla Vakkasanın canlı efirdəki danışıq tərzi ilə bağlı görüntülər yayılıb.
 

Jurnalist Pərviz Hüseynlinin paylaşdığı həmin efir parçası sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. İzləyicilər aparıcının yüksək səslə, kobud üslubda danışmasını, efirə zəng edən dinləyicilərlə zarafatlaşmasını radio efirinə yaraşmayan davranış kimi qiymətləndiriblər.


Müzakirələrdə bildirilir ki, radio aparıcısı efirdə yalnız əyləndirməklə kifayətlənməməli, həm də dinləyiciyə hörmət etməli, ictimai ünsiyyət mədəniyyətini qorumalıdır. Xüsusilə canlı yayımlarda aparıcının danışıq tərzi, seçdiyi ifadələr və auditoriyaya münasibəti radionun ümumi imicinə birbaşa təsir edir.

Sosial şəbəkə istifadəçiləri aparıcını tənqid atəşinə tutaraq yazıblar ki, efiri ucadan gülmək, mənasız replikalar və dinləyicini lağa qoymaq üzərində qurmaq peşəkar radio aparıcılığı deyil.

Qeyd edək ki, Şəhla Vakkasa “Çiçək” ləqəbi ilə uzun illərdir radio sahəsində tanınır. O, daha əvvəl “Çiçəkli dəqiqələr” verilişi ilə məşhurlaşıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO