Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Hazırda oxunan: Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

609217

Türkiyəli məşhur müğənni Hande Yener Muğlada keçirilən konsert zamanı prezident Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz ifadələr işlətməsi iddiası ilə istintaqa ifadə verməyə çağırılıb.

Bizim.Media xəbər verir ki, müğənni səhnədə çıxışı zamanı prezidentə işarə edərək "Bu dövrü çox gözəl devirəcəyik" dediyi iddia olunub.

İstintaq çərçivəsində müğənni barəsində hər hansı saxlanılma tədbiri görülməyib, lakin onun şübhəli şəxs qismində ifadəsinin alınmasına qərar verilib.

Yener prokurorluğa verdiyi ifadəsində bildirib ki, səhnədəki hərəkətləri siyasi mövqe deyil, musiqinin ritmi və tamaşaçıların coşqusuna verilən ani reaksiya olub.

"Görüntülər birləşdirilərək yanlış təsəvvür yaradılıb"

Müğənni qeyd edib ki, fərqli zaman və məkanlarda baş verən hadisələr sanki bir hadisə kimi təqdim olunub.

Onun sözlərinə görə, səhnədə tullanması ilə "Bu dövrü devirəcəyik" ifadəsi eyni ana aid deyil. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO