“Mən olan məclislərdə Xumar olmur” - VİDEO

“Mən olan məclislərdə Xumar olmur” - VİDEO

Hazırda oxunan: “Mən olan məclislərdə Xumar olmur” - VİDEO
601016
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əməkdar artist Vəfa Zeynalova “Maşın şou”da qalmaqal yaşadığı Xumar Qədimovadan danışıb.

Bizim.Media xəbər verir  ki, bu barədə sənətçi “Pərvizə görə”də açıqlama verib.

“Xumar xanımla münasibətləri düzəltdiniz” sualına cavab olaraq bildirib ki, indiyədək onunla qarşılaşmayıb: 

“Tək Xumar Qədimova yox, Aygün Kazımova, Lalə Məmmədova var idi. Orada problem yaranmamışdı, elə oyun gedirdi ki.... Mənim də ən pis cəhətlərimdən biri tez özümdən çıxmağımdır, bu xasiyyətimi sevmirəm.
 

Orada da əsəbə toxunan nüanslar çox idi. Hər şeyi oturub danışırdıq ki, düzgün olmalıdır. Nəticədə tərsini görürdük, qızışmaq, söz atmaq da onda başlanırdı. Sonradan başa düşdüm ki, bu, əla bir iş imiş. Sən demə, bu şou lazım olduğu üçün bunu edirdilər, şərait yaradırdılar.


Həmin an beyin belə düşünmür, fikirləşirsən ki, biz danışmışıqsa, düz oynayaq da, niyə başqa səmtə keçirsiz? Xumar xanımla heç rastlaşmamışıq, üz-üzə gəlməmişik ki, danışım, ya yox. Mən olan məclislərdə o xanım olmayıb, o olan məclislərdə də mən.”.


Sara, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO