
- A-
- A
- A+
Nadir Qafarzadə Rusiya hava limanında saxlanılmasının SƏBƏBİNİ AÇIQLADI
Müğənni Nadir Qafarzadə bir neçə gün əvvəl Rusiya hava limanında saxlanılmasından danışıb.
Bizim.Media xəbər verir ki, bu barədə müğənni sosial media hesabında bildirib:
"Hazırda Moskva şəhərindəyəm, axşam isə Bakıya uçacağam. Bildiyiniz kimi, Rusiyaya gələndə hava limanında 3 saat saxlanılmışdım. Amma təkcə mən deyil, orada qeyri-Rusiya vətəndaşlarının hamısı saxlanılmışdı.
Qeyd edim ki, Rusiyada hava limanında saxlanılma təkcə azərbaycanlılarla bağlı deyil. Əgər sən Rusiya vətəndaşı deyilsənsə, yoxlanılırsan.
Barmaq izi yoxlanışı, sorğu-sual və sairə. Əlbəttə ki, müharibə şəraitində yaşayan ölkədə belə də olmalıdır. Gəldiyin ölkənin qayda-qanununa əməl etməlisən. Xoşuna gəlmir, gəlmə, heç kim səni buna məcbur etmir".
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































