Məşhurların YAY TƏTİLİ: Kim harada istirahət edir? – FOTOLAR

Məşhurların YAY TƏTİLİ: Kim harada istirahət edir? – FOTOLAR

Hazırda oxunan: Məşhurların YAY TƏTİLİ: Kim harada istirahət edir? – FOTOLAR
264768
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yay aylarında istirahət üçün xaricə yollanan məşhurlar sosial şəbəkələrdə paylaşımları ilə izləyicilərinin diqqətini cəlb edirlər. Hər bir sənətçi öz zövqünə və maraqlarına uyğun yerdə dincəlir, həm istirahət edir, həm də yaddaqalan anlar yaşayır.

Bizim.Media bu dəfə məşhurların yay tətilində hansı ölkələri seçməsi və səfərlərindən maraqlı məqamlarla bağlı araşdırma aparıb.

Ülviyyə Xəlilbəyli

Məşhurların YAY TƏTİLİ: Kim harada istirahət edir? – FOTOLAR - foto 1

Aktrisa Ülviyyə Xəlilbəyli istirahət üçün Türkiyəni seçib. O qonşu ölkənin tarixi, gəzməli-görməli yerlərində olub. Bu barədə Xəlilbəyli sosial şəbəkə hesabında fotolar paylaşıb.

Sevda Yahyayeva

Məşhurların YAY TƏTİLİ: Kim harada istirahət edir? – FOTOLAR - foto 2

Müğənni Sevda Yahyayeva isə Fransanın paytaxtı Parisdədir. Həkim həyat yoldaşı Zakir Bayramovla birlikdə “Notr-Dam” kilsəsini ziyarət edən sənətçi sosial şəbəkə hesabında, bu səfərin onun uzun müddətdir arzusunda olduğunu qeyd edib: “Buraya gəlmək mənim ən böyük arzum idi. Çox xoşbəxtəm”.

Günay İbrahimli

Məşhurların YAY TƏTİLİ: Kim harada istirahət edir? – FOTOLAR - foto 3

Günay İbrahimlinin tətil seçimi isə bir qədər fərqlidir. Sənətçi bu il istirahət üçün Çini seçib və burada ənənəvi olmayan yeməkləri dadaraq maraqlı təcrübə qazandığını paylaşıb.

Vüsalə Əlizadə

Məşhurların YAY TƏTİLİ: Kim harada istirahət edir? – FOTOLAR - foto 4

Tanınmış aparıcı Vüsalə Əlizadə isə yay istirahətini Yunanıstanda keçirir. Sosial şəbəkə hesabında Yunanıstanın gözəlliklərini və tətil təəssüratlarını bölüşən Vüsalə izləyicilərindən müsbət rəy alıb.

Elgiz Əkbər və Xatun

Məşhurların YAY TƏTİLİ: Kim harada istirahət edir? – FOTOLAR - foto 5

Digər məşhur aparıcı Elgiz Əkbər və müğənni Xatunun  birgə Türkiyəyə istirahətə getməsi də diqqət çəkən məqamlardandır. Türkiyə məşhurlar arasında yay tətilinin ən çox seçilən ölkələrindən biri olaraq qalır.

Lalə Azərtaş

Məşhurların YAY TƏTİLİ: Kim harada istirahət edir? – FOTOLAR - foto 6

Aparıcı Lalə Azərtaş istirahətini bağ evində keçirir. O şəhərin səs-küyündən uzaq qalmaq və təmiz hava qəbul etmək üçün bağa üz tutub. Aparıcı istirahəti zamanı çəkdiyi görüntüləri instaqram hesabında izləyiciləri ilə bölüşüb.

Beləliklə, bu yay məşhurların səyahət istiqamətləri müxtəlif olsa da, hər biri öz tərzində və zövqünə uyğun olaraq yay fəslinin dadını çıxarır.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO