Səidə Sultan:

Səidə Sultan: "Deyirdi ki, get hamamda oxu"

Hazırda oxunan: Səidə Sultan: "Deyirdi ki, get hamamda oxu"
194934
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Bizdə heç vaxt oxumaq məsələsi ola bilməzdi.  Mən oxumaq deyəndə, atam deyirdi ki, “get, hamamda oxu, orada yaxşı səslənmə var”. Mən də hamama girirdim, acığa nə atam var, nə də anam mahnısı oxuyurdum. Öz aləmimdə hamamdan söz ötürürdüm".

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan qonaq olduğu "Günaylı gün" verilişində deyib.

Sənətçi bildirib ki, atası əvvəlcə onun müğənni olmasına qarşı çıxsa da sonradan onun istedadını görərək dəstək olub:

"16 yaşımda 11-ci sinifdə oxuyurdum. Məktəbdə soruşdular ki, “içinizdə kim oxuya bilir?”. Mən səsimi çıxarmadım. Sinif  yoldaşlarım bilir ki, səsim var, dedilər “Səidə”. Evdən xəbərsiz məni apardılar məktəblərarası “Pöhrə” mahnı müsabiqəsinə. 2000-ci il idi. Getdim o müsabiqəyə. Birinci və ikinci mərhələləri keçdim, artıq evə demək lazım idi. Anam da oxumağımı istəyirdi, amma dedi, “səsini çıxarma”. Əslində müğənni olmaq istəmirdim. Hamısını sinif yoldaşlarım etdi. 

Müsabiqələri keçdim, laureat oldum. Atam gördü ki, istedad var, qəbul etdi. Heç yadımdan çıxmır. Dedi ki, “mən səni başa düşürəm, görürəm ki, ancaq ora qaçırsan. Sənin yolunu kəssəm, düz çıxmayacaq. Amma bil ki, bu sənətdə sənə ailə qurmaq çətin olacaq”. Dedim, ay kişi, əri nə edirəm"

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO