Türkiyəli müğənni narkotikə görə SAXLANILDI - VİDEO

Türkiyəli müğənni narkotikə görə SAXLANILDI - VİDEO

Hazırda oxunan: Türkiyəli müğənni narkotikə görə SAXLANILDI - VİDEO

191106

Türkiyəli müğənni Kalben Sağdıç İstanbulda narkotik əməliyyatında saxlanılıb. 

Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarında İstanbul Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən müğənni və musiqiçi Kalben Sağdıçın evində əməliyyat keçirilib. 

Sağdıç keçirilən reyd zamanı saxlanılıb. Evdə aparılan axtarışlar zamanı 3 ədəd halında 15 qram ağırlığında “skunk” tipli narkotik vasitə ilə birlikdə 2 min avro, 730 dollar və 1500 lirə ələ keçirilib. Türkiyə Cəza Məcəlləsinin 188-ci maddəsi ilə saxlanılan müğənni dindirilmək üçün İstanbul Narkotik Cinayətlərlə Mübarizə Şöbəsinə gətirilib. Polis tərəfindən “şübhəli” şəxs qismində saxlanılan Sağdıç barəsində başlanan istintaq davam edir. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO