"Mən heç yerə qaçmaq fikrində deyiləm" - Emin Ağalarov - VİDEO 

Hazırda oxunan: "Mən heç yerə qaçmaq fikrində deyiləm" - Emin Ağalarov - VİDEO 

185347

"Ziyarətçilərin 98%-i qaçmağı bacardığından evakuasiya sistemi ümumilikdə düzgün işləyirdi. Daha əvvəl qeyd olunan kilidli təcili çıxışlara gəlincə, bunlar əslində yardım otaqlarına açılan qapılar idi"

Bizim.Media xəbər verir ki, bu sözləri “Forbes”ə “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı sualları cavablandıran sahibkar, “Crocus Group”un birinci vitse-prezidenti, Xalq artisti Emin Ağalarov deyib.

Ağalarov yanğınsöndürmə sisteminin işlədiyini, lakin məqsədyönlü yanğına qarşı gücsüz olduğunu bildirib:

“Əgər bu mümkün olsaydı, dünyada müasir tikililərdə yanğın olmazdı və biz bilirik ki, onlarda da tez-tez yanğınlar baş verir”.

Emin Ağalarovun terror aktından sonra ölkədən getməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirən “Crocus Group”un birinci vitse-prezidenti vurğulayıb ki, o, “heç yerə qaçmaq fikrində deyil”.
Qeyd edək ki, martın 22-də Moskvadakı “Crocus City Hall” konsert zalında terror aktı baş verib. Son məlumatlara görə, hücum nəticəsində 144 nəfər ölüb, 382 nəfər yaralanıb. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO