Nigar Camal: “Yaşlı bir arvad sosial şəbəkədə qızıma təhqir yazır” – VİDEO 

Nigar Camal: “Yaşlı bir arvad sosial şəbəkədə qızıma təhqir yazır” – VİDEO 

Hazırda oxunan: Nigar Camal: “Yaşlı bir arvad sosial şəbəkədə qızıma təhqir yazır” – VİDEO 

180974

Azərbaycana 2011-ci ildə “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal növbəti açıqlaması ilə diqqətləri üzərinə cəmləyib. 

Bizim.Media xəbər verir ki, sənətçi qonaq olduğu “İncə səhər” verilişində bildirib ki, yaşlı qadınlar onun 17 yaşlı qızı Jasminə sosial şəbəkədə təhqir dolu şərhlər yazırlar. 

“O dəfə görürəm ki, mənim qızım Jasminin “Instagram” səhifəsinə yaşlı bir qadın təhqir dolu xoşagəlməz sözlər yazır. Ayıb olsun! Neçə yaşındasan?!
Yekə arvadsan, özünü niyə belə aparırsan? Utanmırsan?! 17 yaşında bir uşağa bilirsiniz, nələr yazırlar? Yaxşı ki, qızım yazılan şərhləri başa düşmür. Deyir ki, ana, bu nədir, mənə yazıblar? Cavab verirəm ki, onları “blok” et. Qızıma təhqir yazanların şəklini “screen” edib öz səhifəmdə paylaşıram. Sonra həmin şəxslər öz səhifələrini bağlayıb, fotolarını isə silirlər”, - deyə Nigar vurğulayıb. 
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO