Beyonse ilk dəfə sağalmaz xəstəliyə yoluxduğunu AÇIQLADI 

Beyonse ilk dəfə sağalmaz xəstəliyə yoluxduğunu AÇIQLADI 

Hazırda oxunan: Beyonse ilk dəfə sağalmaz xəstəliyə yoluxduğunu AÇIQLADI 

179358

Dünya pop səhnəsinin ulduzu Beyonsenin ideal görünən həyatında hər şey o qədər də rəvan olmadığı üzə çıxıb. 

Bizim.Media xəbər verir ki, hər zaman dəbdəbəli və parlaq bir sənətçi uşaqlıqdan bəri autoimmun sağalmaz bir xəstəlikdən - psoriazdan (sədəf xəstəliyi) əziyyət çəkir. 

Bu yaxınlarda “Essence” nəşrinə müsahibə verən ulduz uzun illər gizlətdiyi xəstəliklə mübarizəsindən söz açıb. Müğənninin sözlərinə görə, uşaqlıqdan o, saç və baş dərisi xəstəliyindən əziyyət çəkib. Valideynləri, xüsusən də atası hər zaman ona bütün çətinliklərin öhdəsindən gəlməyə kömək edib. 

“Saçımla olan münasibətim çox şəxsi səyahətdir. Anamın gözəllik salonunda böyüməyimdən tutmuş atamın sədəf xəstəliyini müalicə etmək üçün baş dərimə yağ sürtməyinə qədər, bu anlar mənim üçün müqəddəs idi”, - deyə Beyonse vurğulayıb. 

Müğənni anasının gözəllik salonunda çox vaxt keçirərək özünü rahat hiss etdiyini bildirib. Bu yer onun üçün bir növ sığınacaq olub. Çünki o, xəstəliklə əlaqəli saç problemlərinə baxmayaraq, özünü burada gözəl hiss edirdi. Müalicəsi mümkün olmayan xəstəliyə baxmayaraq, sənətçi xarici görünüşü ilə sınaqdan keçməkdən çəkinmir. Belə ki, ulduz bir müddət əvvəl ictimaiyyət qarşısına sarışın çıxıb. Beyonsenin yeni imici isə pərəstişkarlarının xoşuna gəlməmişdi. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO