Fərda Amin: “Əvvəllər “Həci” deyəndə ağıla müqəddəs torpaqlar gəlirdisə, indi Şəbnəm gəlir” - VİDEO

Fərda Amin: “Əvvəllər “Həci” deyəndə ağıla müqəddəs torpaqlar gəlirdisə, indi Şəbnəm gəlir” - VİDEO

Hazırda oxunan: Fərda Amin: “Əvvəllər “Həci” deyəndə ağıla müqəddəs torpaqlar gəlirdisə, indi Şəbnəm gəlir” - VİDEO

175594

Aktyor Fərda Aminin müğənni Şəbnəm Tovuzlu ilə bağlı dilə gətirdiyi zarafat ifaçını qıcıqlandırıb. 

Bizim.Media xəbər verir ki, Fərda Şəbnəmlə qonaq olduğu “Xəbər-ətər” verilişində “Həci”dən söz açıb: 

“Həci” deyəndə bir zamanlar hamının ağlına müqəddəs torpaqlar gəlirdi, indi isə Şəbnəm Tovuzlu gəlir. Bu zarafatı verilişimdə edəcəkdim. İnşallah, Şəbnəmin xətrinə dəyməz. Şəbnəmin kod adı “Həci”dir. Əgər Şəbnəmlə bundan gözəl zarafat edən olsa, ondan üzr istəməyə hazıram. Sən mahnı oxuyursan, mən də söz yazıram. Burada nə var ki?“, - deyə Fərda vurğulayıb. 
Bunları eşidən Şəbnəm F.Aminə “bu adama nə deyim, dostumdur da. Ona görə bu dəfə keçirəm. Həddini aşmadan, sərhədi keçmədən zarafat etmək olar, burada nə var ki? Bunu Coşqun-Rafael də etmişdi. Gülmüşdük. Hər şey normada olanda incimirəm, zarafatı qəbul edirəm. Amma hər şey qaydasında” cavabını verib. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO