Nigar Faiqi klipinə çəkib

Nigar Faiqi klipinə çəkib "Peşmanam" dedi – VİDEO 

Hazırda oxunan: Nigar Faiqi klipinə çəkib "Peşmanam" dedi – VİDEO 

175045

Azərbaycana "Avroviziya" sevinci bəxş edən müğənni Nigar Camal yeni klipini təqdim edib. 

Bizim.Media xəbər verir ki, sənətçi müəllifi Zamiq Əliyevə məxsus "Peşmanam" adlı (Yap10) olan mahnını ekranlaşdırıb. 

Nigar klipin rejissorluğunu Nail Naiboğluya həvalə edib. Ekran işində yaşadığı eşqdən peşman olan retro obrazlı qadını canlandıran Camal “Gün keçdi” filminə işarə vurub. 
Estrada ulduzu, klipin sonuncu səhnəsində anasının 1976-cı ildə geyindiyi nişan libasını üzərində daşıyıb. Klipdə diqqətçəkən məqam Xalq artisti Faiq Ağayevin Nigarın sevgilisi obrazında çəkilməsi olub. 

 



Rəşad Əliyev, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO